Yeni Chery Tiggo 7 modelinin qabarit uzunluğu 4500 mm, eni - 1842 mm, hündürlüyü isə 1746 mm olub. Beləliklə, yeni krossover sələfindən 68 mm uzun, 5 mm enli, 8 mm hündürdür. Modelin təkər bazası da 20 mm genişlənərək 2670 mm bərabər olub.
Digər yeniliklər isə yeni arxitekturaya malik olan interyer və genişləndirilmiş avadanlıq siyahısıdır. Tiggo 7 virtual cihazlar panelinə, iqlim sisteminin sensorlu idarəetmə blokuna və transmissiyanın qeydə alınmayan dəstəyinə sahib olub.
Tiggo 7 krossoverinin mühərrik çeşidinə 156 at qüvvəsi və 230 Nm fırlanma anı hasil edən 1,5-liltrik mühərrik və yeni 1,6-litrlik TGDi turboaqreqatı daxildir. Yeni mühərrik 197 at qüvvəsinə və 290 Nm fırlanma anına malikdir. 1,5-litrlik mühərrik 6-pilləli mexaniki və ikimuftalı "robotla" tandemdə çalışır. Turbomühərrik isə yalnız 7-pilləli preselektiv qutu ilə təchiz ediləcək. Chery Tiggo 7 yalnız öndən çəkiş sistemi ilə təklif edilir. Gələcəkdə 2,0-litrlik mühərrikin və hibrid güc qurğusunun təklif ediləcəyi də gözlənilir.
Yeni Chery Tiggo 7 modeli 2020-ci ilin əvvəlində Çin bazarında satılmağa başlayacaq.
- Baxış: 632