• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1523
— 14.12.2019 12:16

Çuğundurun şəkərlilik faizi çoxdur

KepezTV Player

Aqrar rayon olan Göygöldə şəkər çuğundurunun yığımı başa çatıb. Bu məhsulu əkən 44 mulkiyyətçi sahələrdən bol məhsul yığıb. Fermerlər 353 ha ərazinin hər hektarından 60 sentner məhsul yığıblar. Ümumilikdə 9030 ton çuğundur yığılıb. Məhsulun şəkərliliyi 16-17 faizdir ki, bu da ötən illə müqayisədə yüksək göstəricidir. Ümumiyyətlə, rayonda şəkər çuğunduru əkən fermerlərə dövlətin dəstəyi onların bu sahəyə marağını ilbəil artırır. Bunun da əsasında mineral gübrələr, toxumlar, texnika ilə təminat, eləcə də alaq otunun təmizlənməsi üçün subsidiya verilməsi dayanır. Göygöldə şəkər çuğundurunun əkininə apreldən başlanılır, məhsul yığımı isə sentyabrdan həyata keçilir.

Alik Abbasov - Şəkər zavodunun aparıcı aqronomu: Zəhmət tələb edən məhsuldur ancaq gəlirli sahədir. Onu ailəvi yaxşı becərmə aparılarsa yaxşıda gəlir götürmək mümkündü. Göygöl rayonunda demək olar ki, 5 ildən çoxdur əkilir. Əvvəlki illərdə 30 ha əkilirdisə son üç ildə demək olar ki, yuxarı göstəricilərlə var. Ümumi şəkərlik faizinə görə hər ton üçün 65-70 manat hesabı ilə mülkiyyətçilərə pul verilmişdi.