Yeni model sələfindən 104 mm hündür və 14 mm qısadır. Avtomobilin eni də 30 mm artıb. Beləliklə, yeni krossoverin qabarit uzunluğu 4410 mm, eni - 1834 mm, hündürlüyü isə 1611 mm təşkil edir. GLA modelinin təkər bazası isə A-Class və CLA modellərində olduğu kimi 2729 mm-dir. Maraqlısı odur ki, ikinci nəsil GLA modeli bu günə qədər alman markasının model xəttində ən yığcam avtomobil sayılan A-Class hetçbekindən 9 mm qısadır.
Hələlik, yeni Mercedes-Benz GLA modeli üç mühərriklə təklif edilir. Avropada satılacaq öndənçəkişli Mercedes-Benz GLA 200 modeli 163 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,33-litrlik turbomühərrik və 7-lilləli 7G-DCT «robotu» ilə təklif ediləcək. GLA 200 modeli 100 km/saat həddinə 7,7 saniyəyə sürətlənir və 210 km/saatlıq maksimal sürət həddinə malikdir.
Amerika bazarında isə, krossoverin 224 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik və 8-pilləli 8G-DCT qutusu ilə təchiz edilmiş Mercedes-Benz GLA 250 modifikasiyası satılacaq. Bu model öndən və ya tam ötürmə ilə təchiz edilə bilər. Maksimal sürət 210 km/saatda məhdudlaşdırılıb.
Yeni Mercedes-Benz GLA modelinin Avropadakı satışlarına gələn ilin yazında başlanılacaq. Sonradan krossover ABŞ və Çin bazarında satışa çıxarılcaq.
- Baxış: 624