“Redmi” şirkəti dörd bir tərəfdən minimal çərçivəyə malik yeni “RedmiBook 13” noutbukunu təqdim edib.
“RedmiBook 13” noutbuku “Full HD ” təsvir ölçülü 13,3 düymlük ekranla təchiz edilib. Noutbukun ölçüsü “A4” vərəqindən kiçikdir.
Cihaz adi kuler və diametri 6 mm olan ikiqat istilik borusundan ibarət təkmilləşdirilmiş soyutma sisteminə malikdir. Bu, istilik ayrılmasını 70% artırmağa imkan verib.
“RedmiBook 13” noutbuku 10-cu nəsil “Intel Core i5” və “Core i7” prosessorları, 8 QB əməli yaddaş və 512 QB-lıq SSD yaddaşla təchiz edilib. Noutbukun avtonom işləmə müddəti 11 saat təşkil edir. Bundan başqa, şirkət sürətli enerji doldurma texnologiyasını reallaşdırıb Belə ki, noutbuku 35 dəqiqə ərzində 50%-dək enerji ilə doldurmaq mümkündür.
- Baxış: 406