• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 11.12.2019 11:02

Lynk&Co markasının ən bahalı modeli debüt edib

Geely holdinqinə məxsus olan Lynk&Co markası 05 adlı yeni modeli təqdim edib. Beləliklə, kupe-kross donorundan 80 mm uzun və 61 mm alçaqdır. Bundan başqa, kupe-kross adi krossoverdən ön tərəfin dizaynı ilə də seçilir. 05 modeli daha yığcam ön fənərlərə, nazik formalı radiator barmaqlığına, dizaynı dəyişdirilmiş bamperə və güzgü gövdələrinə sahib olub. Kupe-krossun top versiyası 20-düymlük təkər disklərinə malikdir. Lynk&Co 01 modelində ən iri diskin ölçüsü 19 düym təşkil edir. Lynk&Co 05 modelinin interyeri isə tamamilə yenidir və onun dizaynında asimmetriya effekti daha da gücləndirilib. Ön paneldəki ekranlar da iri ölçülərə malik olublar.  

 Bahalı versiyaların təchizatına dəri salon, ön oturacaqların və beşinci qapının elektrik ötürməsi, panoram tavan və digər avadanlıqlar daxildir. Adaptiv kruiz-kontrol daxil olmaqla elektron yardımçılar kompleksi də mövcuddur. Çin markasının digər modelləri kimi, Lynk&Co 05 modeli də Geely və Volvo şirkətlərinin birgə hazırladığı CMA modul platformasında inşa edilib. 05 modeli 190 at qüvvəli 2,0-litrlik Drive-E turbömühərriki və 8-pilləli Aisin “avtomatı” ilə təchiz ediləcək. Sonradan 1,5-litrlik mühərrikin əsasında yaradılmış hibrid qurğuya malik olan versiyalar da təklif ediləcək.Lynk&Co 05 modeli çin markasının model xəttində olan ən bahalı avtomobil olacaq. Yeni modelin Çindəki satışlarına gələn ilin yazında başlanılacaq.