Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			17.10.2019 16:12		
		I Divizionda fasilə başa çatır
KepezTV Player
					  
					  					  				Futbol üzrə milli komandaların Avropa Çempionatının seçmə oyunları səbəbindən yaranan fasilə başa çatır. İki həftəlik istirahətin yekunlaşması ilə Azərbaycan I Divizionunda VII turun görüşləri keçiriləcək. Turun ilk oyun günündə keçiriləcək 4 qarşılaşmadan biri Gəncədə baş tutacaq. Yerli “Kəpəz” doğma divarlar arasında “Qarabağ”ın ikinci komandasını qəbul edəcək. Etibar Həsənovun idarə edəcəyi matç sabah saat 15:00-da başlayacaq. Rəqiblər turnir cədvəlinin üst sıralarında qonşu pillələrdə yer aldığından qarşıdakı görüşün maraqlı mübarizə şəraitində keçəcəyini təxmin etmək olar. Hərəyə 9 xala malik tərəflərdən “Qarabağ” 4-cu, “Kəpəz” 5-cı yerdə qərarlaşıb. “Sarı-göylər”dən fərqli qonaqlar çempionatda 1 oyun az keçirib.
- Baxış: 597

