Gəncə karateçiləri Bakıda reallaşan beynəlxalq səviyyəli turnirdə uğurla iştirak ediblər. Nizami yurdunun idmançıları yarışın müxtəlif əyarlı 3 medalını qazanıblar.
Paytaxtdakı turnirdə “Arpaçay” Karate Klubunun Gəncə filialının üzvləri mükafatçıları sırasında düşüb. Əldə olunan medalalrdan 1-i gümüş, 2-si bürünc olub. Karateçilər yarışa məşqçi Mahir Məmmədovun rəhbərliyi altında qatılıblar.
Yarışın gümüş medalı yalnız final görüşündə məğlub olan Fuad Sarıyevin hesabına yazılıb. Gəncə idmançılarından fəxri kürsünün 3-cü pilləsinə isə Nicat Əhmədovla Briliyant Sarıyeva qalxıb.
Karatenin olimpiadanın proqramına salınmasından sonra bu şərq əlbəyaxa döyüş növünə maraq olduqca artıb. “Arpaçay” Karate Klubunun Gəncə filialının məşq qruplarında 60-dan çox 5-17 yaş arası qızlar və oğlanlar məşğul olur.
Klubun üzvləri ilin sonuna kimi Azərbyacan birinciliyində qüvvələrini sınayacaqlar. Filialın baş məşqçisi Mahir Məmmədov isə Makedoniyada veteranlar arasında Avropa çempionatında yarışacaq.
Azad Rəfi
- Baxış: 1445