KepezTV Player
Bakıda azyaşlı küçədə elektrik transformatorunda yanıq xəsarətləri alıb. Hadisə paytaxtın Nizami rayonu, Babək prospektində 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib. 9 yaşlı Zəhra Əliyeva açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub. Hadisə nəticəsində uşağın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb. Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.
- Baxış: 609