KepezTV Player
Oğuz rayonunun Bucaq kənd sakini, 10 yaşlı Fəqan Həsənov sol əlin və sol ayağın it dişləməsi xəsarəti ilə rayon mərkəzi xəstəxanasına daxil olub. Məlum olub ki, uşağa yaşadığı kəndin ərazisində sahibsiz it hucum edib. Xəstəxanada zərərçəkənə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
- Baxış: 403