Tovuzda sarımsaq satışının zəif olması fermerləri məyus edir. Əvvəllər məhsul yığılan kimi alıcı tapırdısa, indi günlərlə müştəri axtarılır. Hətta qiymətlərin ucuz olması satışı olmayan sarımsağın mal-qaraya yem olmasına gətirib çıxarıb.
Fermerlərin əkdiyi sarımsaq anbarlarda, evlərin çardağında qalıb. Səbəb bir vaxtlar kiloqramı 5-8 manata satlan sarımsağın indi kisəsinin 1 manata satılmasıdır. Təsərrüfat sahiblərinin sözlərinə görə, gün ərzində 30-40 qəpikdən 5-10 kq sarımsaq satanda sevinirlər.
Suliddin Bayramov - fermer: Ancaq indi 30-40 qəpiyə alan da yoxdur. Sarımsaq qapımızda qalıb. Hamısı xarab olur.
Rahimə Quliyeva - fermer: İki il bundan əvvəl yaxşı idi. 5-6 manata satırdıq. Hətta 7-8 manatada qiymətlər qalxdı. İndi iki ildir sarımsaq əkirik pula getmir.
Sarmısağın toxumu baha başa gəldiyindən və satışında müşahidə edilən ucuzluq məhsulun mal-qaraya yem olmasına səbəb olur. Yaranan vəziyyət fermerlərin sarmısaq əkininə marağını azaldıb.
Suliddin Bayramov - fermer: Saxlayırıq saxlayırıq pula getmir. Aparıb çölə dərələrə tökürük. Heyvanlar yeyir. Ona görə də sata bilmirik. İndi fikirləşirik sarımsaq əkməyək. Görək nə əkəcəyik.
2017-ci ildə Tovuzda 100 hektar sahədə sarmısaq əkilib. Ötən il isə sarımsaqqltı sahə 180 hektar təşkil edib. Məhsul bolluğu isə qiymətlərin 2-3 manat həddində olmasına səbəb olub. Bu il isə fermerlər cəmi 65 hektarda sarımsaq əksələr də qiymət bir qədər də düşərək 30-70 qəpik arasında dəyişir.
Natiq Hüseyn
- Baxış: 1805