Bakıda Neftçala rayon sakini 41 yaşlı Abbas Məlikov dişini çəkdirmək üçün üz tutduğu klinikada həyatını itirib. Əməliyyat üçün sözügedən şəxsə əvvəlcə keyləşdirici iynə vurulub. Elə hadisə də məhz bundan sonra baş verib. Pasiyent iynənin təsirindən şoka düşüb və qəflətən dünyasını dəyişib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Ölümün əsl səbəbi aparılan araşdırmadan sonra məlum olacaq.
- Baxış: 530