KepezTV Player
Hadisə rayonun Quşçu kəndində baş verib.Kənd sakini - 19 yaşlı Eltun Həsənli həmkəndlisi Gəncəli Hüseynov ilə mübahisə edib. Mübahisə nəticəsində Hüseynov Eltun Həsənliyə baş, qarın və bədəninin sol hissəsindən 4 bıçaq zərbəsi endirib.Yaralı komatoz-şok vəziyyətində xəstəxanaya çatdırılıb.İlkin araşdırma zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub.Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
- Baxış: 659