Dünən Bakı şəhərinin Qaradağ rayonunda, “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın çıxıb. Ümumi sahəsi 1600 m² olan müxtəlif təyinatlı anbarın yanar konstruksiyaları və içərisində olan mallar 900 m² sahədə yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları, FHN-nin canlı qüvvəsi, texnikası, təcili tibbi yardım briqadaları cəlb edilib. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olunub. Yanğının qarşısı alınan zaman sahibkarlarıa məxsus malların olay yerindən çıxarılmasında polis əməkdaşları da vətəndaşlara yaxından köməklik ediblər. Zəhərlənmə ilə bağlı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub. Onlardan 6-na yerində yardım edilib, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Tibb müəssisəsinə aparılanlardan biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşı olub. Qalanları isə yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərinin əməkdaşlarıdıalar ki, onlara da lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
- Baxış: 588