KepezTV Player
Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının keçirdikləri monitorinqlər zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, "At yalı" adlanan ərazidə fəaliyyət göstərən fiziki şəxs İsmayıl Əliyevə məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsinə baxış keçirilib. 108 min ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun istehlak üçün yararsız olduğu müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq, Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.
- Baxış: 543