KepezTV Player
Hadisə Gəncəçay çayının Göygöl şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Çay üzərindəki kiçik su hövzəsində sərinləmək məqsədilə çimən iki yeniyetmə - rayon sakinləri 15 yaşlı Ruzigar Rzayev və 12 yaşlı Akif Səfərov batıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarış tədbirləri bir müddət sonra nəticə verib. Yeniyetmələrin meyitləri tapılaraq çıxarılıb və aidiyyatı orqanlara təhvil verilib.Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
- Baxış: 894