Ağstafa polisi də peşə bayramını qeyd edib. Şəxsi heyət əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Çıxış edənlər daxili işlər orqanlarında çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, polis işçilərinin respublikamızdaki sabitliyin qorunmasındakı rolundan danışıblar. Ağstafa Rayon Polis Şöbəsinin rəisi, polkovnik Elsevər Aslanov Azərbaycan polisinin keçdiyi şərəfli yol və müstəqil dövlətimizin qurulmasında Ulu Öndərin xidmətləri barədə məruzə edib. Çıxışlarda Prezident İlham Əliyevin daimi diqqət və qayğısının, ciddi tələbkarlığının Azərbaycan polisinin fəaliyyətindəki uğurlarda xüsusi əhəmiyyəti vurğulanıb. Asayişi qoruyanlar bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparırlar. Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir sıra əməkdaşlar təltif olunublar. Eyni zamanda veteran polis əməkdaşları mükafatlandırılıblar.
Natiq Hüseyn
- Baxış: 639