• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1533
— 01.07.2019 20:28

Gəncə Gil-torpaq zavodu bərpa edilir

KepezTV Player

Əvvəllər Gəncə Gil-torpaq istehsalı zavodu boksitdən və ilkin olaraq alünitdən alüminium oksidi istehsal edirdi. Hazırda isə Azəralüminium MMC-də istifadə olunan xammal, yəni alüminium oksid xaricdən idxal edilir. Amma yaxın gələcəkdə, texniki iqtisadi əsaslandırma işləri aparıldıqdan sonra Gəncə Gil-torpaq zavodunun bərpası nəzərdə tutulur. Bununla birinci mərhələdə boksit istehsalı bərpa ediləcək. İkinci mərhələdə isə alunitdən Gil torpağın istehsalı nəzərdə tutulur.

Oqtay Rəfiyev “Azəralüminium” MMC-nin birləşmiş istehsal sahələrinin direktoru:Birinci mərhələ üçün biz xarici tərəfdaş şirkətlərlə xeyli işlər görmüşük. Nümayəndələr dəvət olunub. Amerika, Kanada, Rusiyadan bu günə olan elmi tədqiqat işlərinin nəticəsi belədir ki, biz Gəncə Gil torpaq istehsal sahəsini işə sala bilərik. Belə olan halda biz artıq idxal olunmuş Gil torpaqdan yox yerli gil torpaqdan istifadə edəcəyik. İkinci istiqamət isə alünit mineralından istifadə etməklə Gil torpaq istehsalı istiqamətidir. Bu yöndə də böyük çalışmalar gedir. Yaxın vaxtlarda böyük tender eıan olunacaq.

Gəncə Gil-torpaq zavodunun işə salınması ilə ən azı 1700 yeni iş yerinin açılması gözlənilir. Bəs zavod nə zaman yenidən fəaliyyətə başlayacaq?

Oqtay Rəfiyev “Azəralüminium” MMC-nin birləşmiş istehsal sahələrinin direktoru:Bu dünya ölkələri miqyasında investorlarla bağlı məsələlər var. Məsələnin vaxtı investorların qərarından asılı olacaq. Bu günə olan vəziyyət belədir ki, həmin investorların təyin etidkləri ekspert qrupları artıq gəlib, Gil Torpaq zavodunu təhlil və tədqiq ediblər. Zavodun avadanlıqlarının indiki vəziyyətini qiymətləndiriblər. Zavod böyük çətinlik və xərc olmadan işə salıan bilər.

Alunitdən gil-torpaqla yanaşı, həm də kənd təsərrüfatı təyinatlı kalium və digər gübrələrin istehsalı planlaşdırılır. Hazırda bu gübrələr idxal olunur.