• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1736
— 28.06.2019 20:03

Həm özünə, həm uşağına dilənçiliyi "peşə" seçən qadın…

KepezTV Player

Daxili İşlər Nazirliyindən Bakı metrosunun Nəriman Nərimanov stansiyasının ərazisində azyaşlı uşağını dilənçiliyə sövq edən qadına polis əməkdaşlarının guya zor tətbiq etməsinə dair sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib.İzləyək.

Videogörüntülərdə əksini tapan, dilənçiliyi nəinki özünə, hətta övladına dolanışıq vasitəsi kimi seçən Ağdaş sakini Nuridə Quliyeva və azyaşlı oğlu stansiyanın keçidində dilənərkən ərazidə xidmət aparan metro polisinin əməkdaşları tərəfindən saxlanılıb. Belə halın qanunsuz olduğu nəzərinə çatdırılmaqla ərazini tərk etməsi tələb olunub. Lakin Nuridə Quliyeva polisin qanuni tələbinə məhəl qoymayaraq nalayiq ifadələrlə polis və metropoliten əməkdaşlarını təhqir edərək əsassız yerə hay-küy salmaqla, ictimai asayişi pozub. Bundan öncə Quliyeva azyaşlı övladı ilə metronun “Nərimanov” və digər stansiyaların keçidlərində dəfələrlə dilənçiliklə məşğul olduğu üçün saxlanılıb və xəbərdarlıq edilməklə sərbəst buraxılıb. Lakin qadın həmin tənbeh tədbirlərindən heç bir nəticə çıxarmayıb.

Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları sərnişinlərin və metrodan istifadə edən turistlərin rahatlığını pozan avara və dilənçiliklə məşğul olan şəxslərə qarşı profilaktik tədbirlər görürlər.

“Metropolitendə təhlükəsizliyin və asayişin təmin edilməsi sahəsində polis əməkdaşlarının fəaliyyəti sizi qane edirmi?” - sualına sərnişinlərin cavabları belə oldu.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, stansiya ərazilərində olan zaman qarşılaşdıqları qanun pozuntuları və digər xoşagəlməz hallar barədə istənilən vaxt Bakı Metropolitenində Polis Şöbəsinə dərhal məlumat versinlər.