KepezTV Player
Polşanın paytaxtı Varşavada yeniyetmə cüdoçular arasında Avropa birinciliyi start götürüb. Yarışın ilk günü Gəncə cüdo məktəbinin layiqli davamçısı Turan Bayramov da tatami üzərinə çıxıb. Gənc məşqçi Xanəhməd Rzazadənin yetirməsi bütün rəqiblərini üstələyərək qitə birinciliyinin qalibi adını qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıllıqla Litva, Portuqaliya, Rusiya, Ukrayna və Türkiyə təmsilçilərini məğlub edərək fəxri kürsünün ilk pilləsinə qalxıb. Ölkəmizin ən perspektivli tatami ustalarından sayılan Bayramov üçün bu il düşərli olub. O, son Azərbaycan birinciliyinin və ötən ay Çexiyada təşkil edilən Avropa Kubokunun baş mükafatına yiyələnib.
Orxan Cəfərzadə
- Baxış: 1289