BMW yeni motosikletini görüntüləyib. Gələcəyin iki təkərlisi Motorrad Vision DC adını alıb. Elektrobayk bir tərəfdən Bavariya modellərinin xarakterik xüsusiyyətlərini götürüb, digər tərəfdən tamamilə yeni idarəetmə təqdim edib. Şirkət konseptin özəlliklərdən danışmayıb. Məlum olan odur ki, akkumlyator çərçivə güc sistemi strukturuna inteqrasiya olunub. Batareyaların və motorun soyudulmasına güclü ventilyatorlar cavabdehdir. Onlar elektromotosikletin hərəkətdə olub olmamasına görə mövqeyini dəyişir. Layihənin seriyalı olacağına dair hər hansı bir açıqlama yoxdur. Çünki bir əsrdir iki litrlik Boxer mühərrikli bayklar istehsal edən BMW şirkəti üçün elektrikli sistemə keçid asan məsələ deyil. Motorrad Vision DC motosikletilə almanlar öz imicini qoruyub saxlamaq şərtilə ətrafa zərərli maddələr ifraz etməyən model buraxmaq niyyətindədirlər. BMW Motorrad-ın dizayn bölməsinin rəhbəri Edqar Henrix güman edir ki, mühəndislər komandası bu işin öhdəsindən gəliblər.
- Baxış: 762