Nissan şirkəti beynəlxalq sərgidə gələcəyin texnologiyasını nümayiş etdirib. İdeyaya görə o, real dünya ilə virtual dünyanı birləşdirir və sürücünün beyninə nüfuz edərək ona kömək edir. Invisible-to-Visible və Brain-to-Vehicle innovasiya texnologiyaları, həmçinin konseptual Ims elektromobili yeni layihənin tərkibidir. Nissan Intelligent Mobility konsepsiyası çərçivəsində hazırlanan yeniliklər sayəsində sürücü döngədə və ya kənarda yerləşən amma insan tərəfindən görünməyən binanı müşahidə etməyə imkan verir. Maşının daxilində və xaricində quraşdırılmış sensorlarin köməyilə nəinki ətrafda nələrin baş verdiyini müəyyən etmək olar, hətta yaxın gələcəkdə nələrin baş verəcəyi proqnozunu vermək olar. Analoji texnologiya ünsiyyət üçün daha böyük imkanlar yaradır. I2V texnologiyası öz işində eyni anda bir neçə ən son sistemdən istifadə edir: ProPILOT avtomobilin ətrafında baş verənləri təyin edir, Omni-Sensing yol hərəkətinin aktual məlumatlarını ötürür, SAM (Seamless Autonomous Mobility) isə real vaxt rejimində bütün bu məlumatları analiz edir. Məlumatlar 5G mobil texnologiyası ilə mübadilə olunur. Nissanın Brain-to-Vehicle (B2V) texnologiyası dünya bir ilkdir. O, sürücünün beyin siqnallarının nədən xəbər verdiyini müəyyənləşdirir və nəticədə idarəetmədə kömək edir. Sürücünün reaksiyalarını əvvəlcədən bilən B2V manevri daha tez etmək şansı yaradır.
- Baxış: 941