Respublika üzrə yaş barama tədarükü davam edir. Bu günədək Şəmkirli kümçülər tərəfindən “Azəripək” MMC-yə 3 tona yaxın məhsul təhvil verilib.
Ənvər Quliyev - kümçü: Özüm kümçüyəm. 3-cü ildir baramaya baxıram. Məhslumuz yaxşıdır. Artıq 26 kiloqram təhvil vermişəm. Sabahda gətirib verəcəm. Allah xeyr versin.
Şəmkirli kümçülər gündəlik olaraq əldə etdikləri baramanı “Azəripək” MMC-yə təhvil verirlər. Normal şərait və yem bazasının yaxşılaşdırılması məhsuldarlığa müsbət təsir göstərib. Əvvəlki illərdən fərqli olaraq indi Şəmkirli kümüçlər məhsuldarlığın daha yaxşı olduğunu deyirlər.
Sevda Verdiyeva - Mahmudlu kənd icra nümayəndəsi: Mahmudlu kəndində həmişə baramanın məhsuldarlığı əladan əla olub. Yəni planı həmişə 100 yox 110-120 faiz yerinə yetiririk. Bu ildə həmin vəziyyətdir. 400 kiloqram planımız vardır. 420 kiloqram təhvil verdik.
Etibar Əliyev - kümçü: 120 qram barama qurdu götürmüşəm. 240 kiloqram normamdır. İki günə hardasada 120 kiloqram gətirmişəm. İki günə də yerdə qalan 120 kiloqramı təhvil verəcəm. Məhsuldarlıq yaxşıdır. Baramalarda iridir.
Kümçülər yaş baramanı kiloqramı müəssisəyə 4 manatdan təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır. Müətəxəsisslər baramanın məhsuldarlığı ilə yanaşı kefiyyətinin də yüksəldiyini deyir.
Qüdrət Quliyev - “Azəripək” MMC-nin nümayəndəsi: Məsələn 100 kiloqram gətirir 100 kiloqramın içərisində 1 kiloqram qara olar ya olmaz. Çox təmiz səliqəli iş görüblər. Həmdə hamısı ildən-ilə təkminləşir.
Bu il Qax Damazlıq İpəkçilik Stansıyası tərəfindən Şəmkirin 38 yaşayış məntəqəsində 64 kümçüyə barama qurdu paylanılıb. 2019-cu ilin məhsulu üçün Şəmkir rayonu üzrə 18 ton baramanın istehsalı planlaşdırılır.
Natiq Hüseyn
- Baxış: 1020