• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1427
— 12.06.2019 10:02

İtaliyanın FV Frangivento startapı ilk modelini göstərib

İtaliyanın FV Frangivento startapı hibridli Asfanè DieciDieci superkarını sərgiləyib. Avtomobilin adının ilk sözü “düzəldilməsi mümkün olmayan” kimi tərcümə edilir, DieciDieci yəni “10-10” isə güc sisteminin gücündən xəbər verir. Şirkət Koenigsegg markasının analoqu olmağı planlaşdırır. Asfanè DieciDieci-ə qoşulan hibrid 5.4 litrlik V10 mühərrikdən ibarətdir. At gücü 860-a çatır. Onunla birgə iki elektromotor işləyir. Hər ikisi ön oxda yerləşir və əlavə 150 at gücü verir. Belədə ən yüksək at gücü 1010-a bərabər olur. Sürət qutusu 8 diapazonlu avtomatikdir. Hibrid maşının ilk yüzü yığması üçün nə qədər vaxt lazım olduğu hələlik açıqlanmır. Bilinən odur ki, maksimum sürət 350 km/saatdır. Superkar alüminium çərçivə ilə əhatə olunub. Özəlliklərdən damda iri hava qəbuledicini, kütləvi diffuzor, kuzovun bütün eni boyunca arxa optika və 6 eqzoz borusunu qeyd etmək olar. Asfanè DieciDieci-nin salonunda sükan çarxı, rəqəmsal alətlər üçün planşet və mərkəzi əyləncəli informasiya sistemi quraşdırılıb. Asfanè DieciDieci superkarına 1-1,5 milyon avro qiymət qoyulub.