• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 11.06.2019 16:59

Baramadan bar götürənlər

KepezTV Player

Ölkədə baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası Goranboyda da kümçülərin gəlirliliyinin artmasına səbəb olub. Bu il rayon üzrə 15 ton baramanın tədarükü praqnozlaşdırılır.

2019-cu məhsul ili üçün Goranboy kümçülərinə 375 qutu Çindən gətirilən barama qurdları təhvil verilib. 110 təsərrüfatda bəslənən ipək qurdlarından yüksək məhsul əldə olunub. Bu gündən başlayaraq rayon kümçüləri əldə etikləri yaş baramanın təhvilinə başlayıb.

Cavahir Bədəlova kümçü: Bu il tədarükümüz başa çatmayıb. Hazırda birinci yığımı gətirimişəm təhvil verməyə budakı 50 kiloqramdan artıqdır. Ümid edirəm ki, götürdüyüm qurd qramına görə, məhsuldarlığım yaxşı olacaqdır.

Tural Camallı kümçü:120 qram baram qurdu verilmişdi baxdım indi 250 kiloqram məhsul gətirmişəm. 5 ildir ki, bu işlə məşğulam çox gəlirli sahədir. İstənilən sahibkar bu işlə məşğul olub gəlir əldə edə bilər

Şəki İpək Kombinatı ilə bağlanan müqaviəyə əsasən 1 kiloqram yaş ipək qurdu üçün ödəniş 4 manat təşkil edir. Dövlət tərəfindən isə bu sahədə çalışanları stimullaşdırmaq məqsədilə kümçülərə 1 kiloqram üçün 5 manat əlavə subsidiya verilir. Müqavilənin şərtlərinə görə, vəsait kümüçlərin şəxsi hesablarına köçürülür.

Ziyad Əhmədov Goranboy DAİM-nin direktoru: Baramnaın yaxşı bəslənilməsi üçün kümçülərimiz arasında mmarifləndirmə işləri aparılıb. Rayon ərazisində kümxanların hazrılanmasında çətinliklər olsada belə fermerlərin həvəsi nəticədə məhsuldarlı çox yaxşı olub. Rayon ərazisində Heydaralıq İnstitunun balansında 27 hektarda tutu bağı var ki, bundan da həmin qurdların bəslənilməsi təmin olunub.

Ötən il Goranboy rayonunda 9807 kiloqram barama istehsal edilib. Bu da 2019-cu məhsul ilindən 6 tona yaxın azdır.