İki yeni Cadillac sedanı debüt edib. CT4-V və CT5-V Alpha 2 platformasında ərsəyə gəlib və tam ötürücülüdür. Deyilənə görə, Cadillac CT4 ATS modelini əvəz edəcək. Onun kapotu altında 2,7 litrlik 324 at güclü turbomotor var. Arxa ötürücülü olarsa Magnetic Ride Control 4.0, tam ötürücülü sistemli olarsa o zaman ZF MVS adaptiv asma quraşdırılır. Mühərrik 10 diapazonlu avtomatik sürət qutusuna birləşir. Cadillac CT5-V isə 3 litrlik V6 tvin-turbo ilə hərəkətə gəlir. 360 at güclü motor 10 diapazonlu sürət qutusu ilə vəhdət təşkil edir. Həm arxa, həm də tam ötürücü sistemdə Magnetic Ride Control 4.0 asmadan istifadə olunur. Cadillac CT4-V və CT5-V modellərinin satışı Amerika bazarında növbəti ildən start verəcək.
- Baxış: 1115