Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezident təqaüdlərinin təyin olunması üçün sənəd qəbuluna başlanılıb. Belə şəxslər Fondun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə müraciət etməlidirlər. Ailədə iki və daha artıq I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda onlara qulluq edənə təqaüd belə şəxslərin hər birinə görə ödənilir. Prezident fərmanına əsasən, yeni təqaüd növləri kimi, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə bu il aprelin 1-dən aylıq 50 manat məbləğində Prezident təqaüdü təsis edilib.
- Baxış: 331