• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1404
— 24.05.2019 11:01

Redmi-dən daha bir büdcəli smartfon

Xiaomi şirkəti yerində dayanmır və Redmi brendinin yeni büdcəli smartfon modeli üzərində çalışır. Brendin Hindistan üzrə şöbəsinin rəhbəri olan Manu Kumar Jain öz Twitter hesabında təqdimata hazırlaşan yeni büdcəli smartfon modelinin posterini təqdim edib. Həmin posterdən də görmək olar ki, yeni smartfon modeli Redmi Note 7S adlanacaq. O, biri 48 MP olmaqla ikili arxa kamera ilə təchiz olunacaq. Bir neçə müddət bundan öncə Manu Kumar Jain, Snapdragon 730 prosessorlu yeni smartfon modelinin təqdimatına işarə etmişdi. Çox güman ki, söhbət məhz Redmi Note 7S modelindən gedirdi. Qeyd etmək lazımdır ki, Snapdragon 730 prosessoru 8 nanometrlik texnoloji proses əsasında hazırlanıb və 8 nüvəyə sahibdir. Bununla yanaşı o özündə Adreno 618 qrafik sürətləndiricini də birləşdirir. Redmi Note 7S barəsində digər bir məlumat yoxdur.