• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1386
— 22.05.2019 11:02

Lilium şirkətinə məxsus ilk uçan taksi havaya qalxdı

Elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələri son illərin ən məşhur məhsullarından biridir. Elektrik enerjisi ilə işləyən avtomobillər gündəmdə olsa da, aviasiya sahəsində də bu istiqamətdə olduqca fərqli və maraqlı işlər aparılır. Bu siyahıya elektriklə hərəkət edən kiçik təyyarələr, uça bilən digər cihazlar daxildir. Lilium şirkəti də 2016-cı ildən etibarən bu sahədə fəaliyyət göstərən qurumlardan biridir. Adı çəkilən şirkət beş nəfərə qədər şəxsin yerləşə biləcəyi bir elektrik vasitəsinin istehsalı ilə məşğul olur. Şirkət bu istiqamətdə əhəmiyyətli bir addım atıb və ilk dəfə Lilium vasitəsinin tam ölçülü prototipini hazırlaya bilib.

Almaniya şirkəti Avropa Kosmik Agentliyinin inkubasiya proqramının təşəbbüsü olaraq şəhər nəqliyyatı üçün təmiz və effektli həll yolu tapmağı hədəfləyirdi. Əlbəttə ki, bu problemin tək həlli yolu yoxdur. Amma Lilium-un yanaşması olduqca diqqətəlayiqdir. Telefonla çağırılacaq uçan bir taksi əhəmiyyətli layihələrdən biri kimi düşünülür.

Vasitə şəhərlərdə və müəyyən bölgələrdə quraşdırılacaq müvafiq ərazilərə düşəcək. Beləliklə sərnişinlər istədikləri nöqtəyə şəhər trafikindən uzaqlaşaraq rahat şəkildə çata biləcəklər. Ayrıca olaraq karbon qazını ətrafa yaymaması  vasitənin özəlliklərindən biridir. Bu cihazların vasitəsi ilə səyahət çox qısa müddətdə davam edəcək. Məsələn avtomobil ilə 55 dəqiqəyə gedilən yola  bu cihaz sayəsində yalnız 5 dəqiqə sərf etmək lazım olacaq.

İzlənilə bilən bir enmə cihazına, xüsusi nəzarət mexanizminə malik vasitə təyin edilmiş ərazilərdə hava axınını yönəltməklə vertikal qalxmanı həyata keçirir. Vasitənin bir dəfə enerji ilə təmin olunması sayəsində hazırda qət edə biləcəyi maksimal məsafə 300 km-dir. Maksimal sürəti  də eyni şəkildə 300 kilometr olaraq gerçəkləşir. Şirkət 2017-ci ildə havada vertikal və şaquli manevr edə bilən iki nəfərlik bir vasitəsi ilə 90 milyon ABŞ dolları məbləğində sərmayə almağa müvəffəq olmuşdur.  Hazırda isə avtomobilin son təqdimatı ilə demək olar ki, vasitənin hazır olduğunu göstərdi.

Lilium 2025-ci ilə qədər şəhərlərdə uçan taksiləri n çoxalacağına ümid edir. Gələcəkdə şirkət uçan taksilərin müntəzəm taksilər kimi eyni qiymətlərlə istifadəsini nəzərdə tutur. Ancaq mülki aviasiya agentliyinin buna nə dərəcədə müsbət rəy verməsi sual altındadır.