KepezTV Player
ABŞ-ın Pensilvaniya ştatının Vayomissinq rayonunda Nail Salamov adlı Azərbaycan vətəndaşının evinə silahlı basqın olub. İki qaradərili silahlı şəxs 37 yaşlı azərbaycanlının evinə daxil olub. Bu zaman Salamov yataq otağında olub. Cinayətkarlar onu qolundan yaralayıblar. Qeyd olunur ki, insident Nail Salamovun 8 və 10 yaşlı uşaqlarının gözü qarşısında törədilib. Onlara xəsarət yetirilməyib. Salamov atası və uşaqları ilə birlikdə yaşayırmış. Atası hadisə baş verən saatda işdə olub. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Öldürülən azərbaycanlı heç bir kriminal keçmişə malik olmayıb, bir neçə işdə, o cümlədən yerli banklardan birində işləyib.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 674