Toyota şirkəti Şanxay avtosalonunda öyrəşmədiyimiz elektrikli konsept nəqliyyat vasitəsini tanıdıb. Ön sırada bir oturacağı olan nəqliyyat vasitəsi misilsiz dizaynı ilə diqqət çəkir. Toyotanın Rhombus adlı bu maşını 1990-cı ildən sonra dünyaya gələn istehlakçıları hədəfləyərək düşünülmüş batareyalı bir elektrikli vasitə anlayışıdır. Bu vasitə, şirkətin Çindəki araşdırma və inkişaf etdirmə təsisi TMEC tərəfindən hazırlanıb. Vasitə yan tərəflərdə ön və arxa kreslolara keçmənizi təmin edən geniş bir qapı ilə qeyri-ənənəvi bir dizayna malikdir. Amma vasitənin ən cəlbedici tərəfi bu deyil. Tipik iki oturacağın əksinə, qabaqda bir ədəd dönən oturacaq və arxada iki oturacağı olan nəqliyyat vasitəsi, istifadəçilərə kiçik bir lobbi təqdim edir. Toyota gələcək beş ya da altı il ərzində dünya səviyyəsində 10-dan çox batareyalı elektrikli maşın modelləri hazırlamağı planlaşdırdığını bəyan edib. Yaponların bu modellər üçün 2030-cu ilə qədər elektrikli hala gətirilmiş 5,5 milyon maşın satmaq hədəfləri var.
- Baxış: 760