Volkswagen-in Amerika ofisi mauntinbaykerlər üçün Atlas Basecamp konseptini nümayiş etdirib. Yeddi yerlik krossover lift-komplektli asma, yolsuzluq şinləri, velosipedləri bərkidə bilən ekspedisiyalı baqaj yeri və əlavə işıq diodu bloku ilə təmin olunub. Volkswagen Atlas Basecamp-ın xarici görünüşü markanın Kaliforniya dizayn mərkəzi tərəfindən ərsəyə gəlib. Atlasın kapotu altında 3,6 litrlik 279 at güclü motor qərarlaşıb. O, 8 diapazonlu sürət qutusu və 4Motion tam ötürücü sistemlə birləşir. Əlavə olaraq qoşqu da təklif olunur. Onun içərisində yataq, kiçik mətbəx, ayaqyolu, duş və s. var. Belə bir maşının qiyməti ABŞ-da 48 395 dollardır.
- Baxış: 442