• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 26.04.2019 15:02

Manatın məzənnəsi sabit qalacaq

KepezTV Player

Azərbaycan Mərkəzi Bankının qiymət artımı ilə bağlı gözləntiləri sabit qalıb. Müşahidələr göstərir ki, bu il inflyasiya aşağı olacaq. Bu rəqəm, təxminən, 4% təşkil edəcək. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədəki iqtisadi vəziyyətlə bağlı danışarkən bildirdi. Onun sözlərinə görə manata nisbətdə dolların məzənnəsinin qalxması üçün heç bir ilkin şərt yoxdur. Azərbaycan neftinin bahalaşması valyuta ehtiyatlarının artırılmasını təmin edir ki, bu da manatın məzənnəsinin sabitliyinə müsbət təsir göstərir.

Hazırda Azərbaycanda dövriyyədə 213 milyon pul nişanı var. Onların da 45%-i kiçik nominallı əsginaslardır. Bu əsginaslar çox işləndiyinə görə 1, 5 və 10 manatlıqlar dövriyyəyə buraxıldığı ilk il ərzində 80% köhnəlir. Ona görə də, pulların tez köhnəlməsinin qarşısını almaq və manatın hazırlanma materialını dəyişdirmək istiqamətində araşdırma aparılır.

Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması barədə sualı da cavablandıran Elman Rüstəmov bildirdi ki, bu məsələ ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxarılıb. "Bizim bu məsələyə münasibətimiz əvvəlcədən mənfi olub. Düşünürük ki, bu məhdudiyyət prezidentin elan etdiyi uzunmüddətli struktur islahatlarına və dərin bazar iqtisadiyyatına keçid istiqamətində görülən işlərə ziddir" - deyə Elman Rüstəmov əlavə etdi.