• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 19.04.2019 16:02

XİN: Ermənistanı bəyanatlara qoşulmağa və etimad göstərməyə dəvət edirik

KepezTV Player

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair keçiriləcək görüşlər, atılacaq addımlara dair şərhlər “3 2” formatında qəbul edilən birgə bəyanatlara tam uyğun olaraq edilir. Bunlar açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir. Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyildir və bu proses həmişəlik davam edə bilməz". Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. "Biz Ermənistan Xarici İşlər Nazirliyini “3 2” formatında qəbul edilən bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də həmsədrlərin fəaliyyətinə etimad göstərməyə çağırırıq" deyən nazirlik rəsmisi onu da əlavə edib ki, ermənistan regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdır.