Salyanda 3 yaşlı uşaq su hovuzunda boğularaq ölüb. Hadisə ötən gün axşam saatlarında rayonun Həsənli kəndində qeydə alınıb. Belə ki, 3 yaşlı Hüseyn Güləliyev mətbəxdə yemək hazırlayan anasının gözündən yayınaraq həyətə düşüb. Əlindəki mobil telefonda oyunlara baxa-baxa atası və adını daşıdığı babasının yanına getmək istəyib. Yaxınlarının dediyinə görə, uşaq başı telefona qarışdığından həyətdəki su hovuzuna düşüb. Faktla bağlı araşdırma aparılır.
Hüseyn Güləliyev uşağın babası:“Atası məndən qabaq qaçdı ki, baxsın axan su kanalına və gördü ki, suya düşmüş uşaq var orada. Və götürdük, lazım olan tədbirləri gördük, rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə apardıq. Buna baxmayaraq heç bir nəticə əldə edə bilmədik. Uşaq dünyasını dəyişdi.
- Baxış: 738