• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1676
— 18.04.2019 12:26

Xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır

KepezTV Player

Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Birliyin tabeliyinə veriləcək dövlət xəstəxanaları sırasında Mərkəzi Qan Bankının Gəncə bölməsi, Qazax Müalicə-Diaqnostika Mərkəzi, Tovuz Hemodializ və Diaqnostika Mərkəzi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Gəncə, Şəmkir və Qazax Regional Məntəqələri, eləcə də Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl , Qazax, Samux, Şəmkir, Tovuz rayonları üzrə bir sıra səhiyyə ocaqları yer alıb. Qərar “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin etmək məqsədi ilə verilib.