Statistik rəqəmlər dünyada baş verən ölüm hadisələrinin 52 faizinin ürək xəstəliklərindən qaynaqlandığını deməyə əsas verir. Digər tərəfdən isə ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin yaş həddi də cavanlaşmağa doğru gedir. Azərbaycanda da müşahidə edilən bu hal həkimləri narahat edir. Sağlam ürəyə necə sahib olmaq barədə qarşıdakı sujetdə məlumat əldə edəcəksiniz.
Faxrəddin Namazov - Gəncə şəhər Kardiololoji Xəstəxanasının baş həkimi: Siqarət çəkməkdir, alkaqollu içkilərdi, bədən çəkisinin artıq olmasıdır, hərəkətsizlikdir.
Sadalanan bütün bu faktlar insanlarda ən təhlükəli xəstəlik hesab edilən ürək damar xəstəliyinə səbəb ola bilər. İinsanın özünə düzgün qulluq etməməsi, hərəkət rejimini düzgün qurmaması, ürəyində hər hansı bir narahatçılıq olanda buna biganə yanaşmaq, həkimə vaxtında müraciət etməmək də insan orqanizminin əsas orqanının fəaliyyətində pozuntular yaradır. Belə xəstəliklərdən əziyyət çəkənlər arasında cavanlar da çoxluq təşkil etməsi həkimləri narahat edən əsas amillərdir.
Faxrəddin Namazov - Gəncə şəhər Kardiololoji Xəstəxanasının baş həkimi: Bizdə infaktlı xəstələr gəlir ki, 25-28 yaşları var. Cavanlaşma istər istəməz gedir. Bu dəqiqə cavanlarımızın əksəriyyəti siqareti 10-12 yaşından çəkməyə başlayır. Energetik içkilər var ki, heç tərkibi bilinmir. Onun nə fəsad verəcəyini heç indi də bilmirik. Cavanların əksəriyyəti komputer, telefon arxasından durmur. Bunların da hamısı ürəkdə olan müəyyən bir dəyişikliyin infaktın əmələ gəlməsinə səbəb olur.
Qərb bölgəsində yeganə ixtisaslaşmış səhiyyə ocağı olan Gəncə şəhər Kardiololoji Xəstəxanasına ötən 3 ay ərzində 617 nəfər ürək xəstəliyi ilə bağlı müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 nəfər çoxdur. Onlardan 158-nə kəskin infakt, 217 nəfərə ürək damarlarının tutulması, eləcə də 200 nəfərə hiperteniya diaqnozu qoyulub. 3 nəfər isə məhz ürək xəstəliyindən vəfat edib.
Şahid Həsənov - xəstə: Samux rayon Yenikən kəndinnənəm. Rusiyada olarkən mən xətəlik keçirdim, sonra oradan Gəncə şəhərinə gəldim. Sağ olsunlar qəbul elədilər. Məndə infakt diaqnozu olub. İrəliləyiş var.
Qrişa Mustafayev - xəstə: Müraciətim ürəyimə bağlıdı. Özümdə hiss edirəm ki, məndə o var. Həkim aparata salıb yoxlayıb müalicəmi yazacaq.
İl ərzində xəstəxanaya xidmət göstərilən 11 rayon üzrə 2500-3000 arası xəstə müraciət edir.
- Baxış: 420