• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 17.04.2019 19:38

Fermerlər bol məhsul gözləyir

KepezTV Player

Torpağı şumlayıb, arat edib, malaladıqdan sonra təsərrüfatçılar yenidən sahələrdədirlər. Pambıqçılar çiyid səpininə başlayıblar. Goranboyda pambıq əkini sahələrinin azalmasına baxmayaraq məhsuldar sortların hesabına göstəricini artırmaq hədəflənib.

Bu il Goranboyda 3100 hektarda pambıq əkini üçün torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanılıb. Müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər. Səpin işlərinin optimal müddədə başa çatdırılması üçün bu günədək 1618 hektarda səpin tam başa çatdırılıb.

Şahin Məmmədov - fermer: Keçən il 10 hektarda pambıq əkmişidik, yaxşı məhsul götürdük. Bu il üçün sahəni 20 hektara qədər artırmışıq. Aqrotexniki qaydalara uyğun şəkildə aparılan işlərimiz səpini optimal müddətdə başa çatmasına imkan verəcəkdir. Bəzi sahələrimizdə artıq çiyidin çıxışı müşahidə olunur.

Ötən il 5 min hektarda aparılan əkinin bu il 2 min hektara qədər azalmasına baxmayaraq fermerlər daha məhsuldar toxumlardan istifadə edərək əldə ediləcək məhsulun həcmini artırmağı planlaşdırır. Bunun üçün aqrotexniki qulluq tədbirlərini düzgün aparmaq, suvarmanı həyata keçirmək və texnikandan vaxtında yararlanmaq məsləhət görülür. Əkilən çiyidlər isə daha çox xarici sortlardır.

Zaur İsmayılov - mexanizator: Hava şəraiti bizə imkan veriri ki, sahələrdə pambıq çiyidini səpinin vaxtında aparaq. Gün ərzində 10-12 hektar sahədə səpin işləri aparaırıq. Texnikalarımızda tam saz vəziyyətə gətirilib, hamısıda müasir traxtor və səpin aqreqatalarıdır.

Rayonda fəaliyyət göstərən şirkətlərlə pambıqçılar arasında bağlanılan müqaviləlnin şərtlərinə nəzarət etmək, eləcə də səpin kompansiyasının vaxtında aparılması üçün Goranboy rayon İcra Hakimiyyətində xüsusi qərərgah yaradılıb.

Yasın Məmmədov - Goranboy Rayon İcra Hakimiyyətinin məsləhətçisi: Əgər hava şəraiti imkan verərsə Gələn həftə Goranboy rayon ərazisindəı çiyid səpini yekunlşadırılacaqdır. Yəni təyin olunan 3100 hektarda səpin işləri başa çatacaqdır. Hazırda səpində yüksək repraduksiyalı toxumlardan istifadə olunur. Təsərrüfatlara toxumla, gübrənin verilməsi tam təmin olunubdur.))

Ötən il Goranboy rayonunuda pambıq sahələrindən 10 min tona yaxın ağ qızılın tədarükü aparılıb. Həmin il hər hektarda məhsuldarlıq 20 sentnerə yaxın olub.