Orta ümümtəhsil məktəblərində torpağımıza, tariximizə eləcə də qəhrəmanlığa aid silsilə tədbirlərin keçirilməsi şagirdlərdə vətənpərvərlik ruhunu daha da artırır. Gəncə şəhər Təhsil idarəsinin tədbirlər planına uyğun olaraq məktəblərdə vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsi ilə bağlı işlər görülür, tədbirlər həyata keçirilir. Bunun davamı olaraq yuxarı sinif şagirdləri üçün “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyyəsi” mövzusunda tədbir baş tutub. Bu cür tədbirlərin təşkili şahirdlərin mənəvi və əxlaqi keyfiyyətlərinin yüksəlməsinə, vətənə olan sədaqətin daha da artmasına, xalqımıza xas əxlaqi keyfiyyətlərə yiyələnməsinə müsbət təsir edəcək. Həmçinin bu tədbirlərin keçirlməsi şagirdlərdə vətənə, dövlətə olan məhəbbəti artırır.
Söhrab Hacıyev - Gəncə şəhər Metodik Mərkəzinin direktoru: Belə silsilə tədbirlər ümumiyyətlə bütün ümumtəhsil məktəblərində ardıcıl şəkildə planla həyata keçilir. Həmçinin şagirdlərin Heydər Əliyev Muzeylərinə ekskursiyaları təşkil edilir.Uluöndərimiz Heydər Əliyevin dövlətçiliyin əsasları, gənclərimizə olan tövsiyyələri, onların vətənpərvərlik ruhunda tərbiyyə olunması haqqında geniş ətraflı məlumat verilir.
Ülkər Ələsgərova - şagird: Bu gün keçirilən tədbir məndə böyük ruh yüksəkliyi yaratdı.Vətənimə olan sədaqətimi, sevgimi daha da artırdı. Mən bir şagird olaraq istiyərdim ki, belə tədbirlər mütamadi olaraq keçilsin. Xalqımızda olan mənəvi, əxlaqi keyfiyyətlərin öz əksini hər bir gəncdə tapsın.
- Baxış: 934