KepezTV Player
Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri Gəncədə ata-ana nəvazişindən məhrum olan uşaqları ziyarət ediblər. Uşaq evinin sakinlərinə balacaların fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələri, mükəmməl elmi biliklərə yiyələnmələri üçün dövlət tərəfindən hər cür şərait yaradıldığı xatırladılıb. Eləcə də milli-mənəvi dəyərlərin yaşadılmasının əhəmiyyətinə toxunulub. Uşaq evinin sakinləri musiqili-əyləncəli proqramla çıxış edərək, öz istedadlarını nümayiş etdiriblər. Maraqlı və şən musiqilərlə zəngin proqram tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Balacalara hədiyyələr təqdim olunub. Xeyriyyə aksiyalarının silsilə şəkilində ölkədə yerləşən digər uşaq evlərində də təşkili nəzərdə tutulur.
- Baxış: 737