![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/Rivian-R1T-feature-e1549583072785.jpg?itok=lrCba6mp)
Amerikanın Rivian startapı bütün yollarda şütümək qabiliyyətində olan R1T adlı elektrikli pikapını nümayiş etdirib. Pikapın klirensi 360 millimetrdir. Maşında olan 4 elektromotor ümumilikdə 760 at gücü verir. Yerindən 96 km/saat sürəti yığmaq üçün ona 3 saniyə lazımdır. Bir dəfəlik enerji yükləməklə batareyanın həcmindən asılı olaraq 400-640 kilometr arası məsafə qət etmək olar. Rivian R1T-nin baqaj bölməsi 350 litrlikdir və kabinə ilə yük platforması arasında yerləşir. Pikap özü ilə 3500 kiloqramadək çəkini çəkib apara bilir. Daşıya biləcəyi yük isə 800 kiloqramdan çox deyil.
- Baxış: 559