• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 09.04.2019 19:10

Orqanizmimizdə bu hərf çatışmazsa...

KepezTV Player

Bir neçə gün davam edən soyuq, yağışlı havanın ardından günəşin çıxmasını fürsət bilənlər parklara üz tutublar. Xüsusən də uşaqlı valideynlər.

Təbii ki, bunu sadəcə uşaqların əylənməsi üçün yox, D vitamini alması üçün edən valideynlər də az deyil. Həkimlərin də dediyi kimi bir çoxlarında D vitamini çatışmazlığının əsas səbəbi məhz gün işığından uzaq qalmalarıdır. Nəzərə alsaq ki, isti ölkədə yaşayırıq, uşaqların təbii günəş şüası ilə təmasını mümkün qədər çox şərait yaratmalıyıq. Çünki D vitamini çatışmazlığı orqanizmdə bir çox problemlərə gətirib çıxara bilər.

Səhiyyə nazirliyi də valideynlərə məsələhət görür ki, isti havalarda uşaqları gün işığından məhrum etməsinlər. Balacaların xüsusən baş, əl, ayaq nahiyələrinə müəyyən miqdarda təsir edən gün şüası onların həm fiziki, həm də psixoloji inkişafının sürətlənməsinə təkan verir.

Ən çox sümüklərində olur fəsad. Ona görə gün işığına çıxardıram bir də dəniz havası.

Mənə elə gəlir ki, əsas gün şüasıdır. Uşaqlar çoxlu gün şüası almalıdır ki, problem yaranmasın.

Mütəxəssislərin sözlərinə görə, D vitamini çatışmazlığını aradan qaldırmaq üçün günəş şüası ilə yanaşı, gündəlik qida rasionuna balıq, kərə yağı, süd, pendir kimi qidalar da daxil etmək lazımdır. Uşaqların fiziki zəiflik və bu kimi bir çox problemlərlə qarşılaşmaması üçün elə kiçik yaşlarından tədbir görmək, onların orqanizmini diş və sümüklərin inkişafına təkan verən D vitamini ilə zənginləşdirmək lazımdır.