![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/baqqi_1.jpg?itok=aIY_8Icw)
YouTube-da Subaru WRX STI aqreqatları ilə hərəkət edən əldəqayırmaq baqqinin drift etmə görüntüləri yayılıb. Videoda kiçik maşın düzənlikdə yüksək sürətlə drift edib. Amma Subaru WRX STI-ın hansı güc sistemindən yararlandığı haqqında məlumat verilmir. Şərhlərdən müəyyən etmək olar ki, avtomobil təkcə yapon şirkətinin motorundan deyil, həm də müasir tam ötürücü variantından da istifadə edir. 840 kiloqramlıq maşında ağırlıq daha çox ön hissəyə düşür. Baqqi video müəllifinin özü tərəfindən hazırlanıb. Bu göstəricilərlə baqqi cəmi 5 saniyəyə 261 km/saat sürət yığıb.
- Baxış: 463