• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1349
— 06.04.2019 15:36

"Bu yaz özün bir təbiət yarat!"

KepezTV Player

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın bir çox regionlarında olduğu kimi Şəmkirdə də “Bu yaz özün bir təbiət yarat!” devizi altında ağacəkmə aksiyalarını davam etdirir. Növbəti aksiya rayonun ən böyük yaşayaış məntəqələrindən olan Kür qəsəbəsinin  inzibati ərazisində keçirilib. Kür qırağı ərazini əhatə edən aksiya zamanı meşə fondu torpaq sahəsində 5 hektar əraziyə 3 minə yaxın yerli iqlim şəraitinə uyğun gələn eldar şamı  eləcə də müxtəlif meyvə ağacları basdırılıb. Əkilən ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin tinglik sahələsində yetişdirilir.  Kompaniyada müxtəlif müəssisələrin, eləcə də yerli meşə təsərrüfatı müəssisəsinin kollektivi fəallıq nümayiş etdirib. Bu rayonda “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən sayca ikinci aksiyadır. Buna qədər rayonun Sarıtəpə kəndində yaşıllıq aksiyası təşkil olunub. Ayın sonunadək Regional İdarə tərəfindən digər kənd və qəsəbələrdə də bu kimi aksiyaların təşkili planlaşdırılır.

İqbal Əliyev Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru: Biz yaz əkin kompaniyasına start vermişik. Bu tədbirlər gündəlik olaraq davam edtirilir. Şəmkir Regional Meşə Təsərrüfatı Məüssisəsinə aid olan ərazilər ki var Daşkəsən Gədəbəy  və Samux rayonlarındada bu tədbilər davam etdirilir. Bu günə qədər region tərəfindən 100 minə yaxın ağac  əkilib.