Hazırda ölkəmizdə 400 minə yaxın arı ailəsi var. Arıçılığın inkişafı ilə bağlı Dövlət Proqramına görə 2021-ci ilə kimi bu ailələrin sayı 600 minə çatdırılmalıdır. Bu işdə əsas vəzifə arıçı alim və mütəxəssislərinin üzərinə düşür. Bunun üçün də mütəxəssislər yerlərdə yeni üsulların tətbiqi ilə bağlı arıçılara seminarlar keçirlər.
Vahid Mamedov - arıçı: 120-ə qədər arım var. Azərbaycan arıçısının bu gün bir çox problemləri var. Bizim ən böyük problemimiz damazlıq problemidir. Həmçinin yem bazasının olmamasıdır.
Azərbaycanda 3 minə yaxın arıçını narahat edən bu məsələlər arıçılığın inkişafına mane olan amillərdir. Yeni intensiv üsulunun tətbiqi isə məsələnin həlli baxımından əhəmiyyətlidir.
Allahverdi Seyidov - Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi: Məhsuldarlığın yüksəldilməsinin əsas yollarından biri yem bazasının gücləndirilməsidir. Bu ərazidə yem bazası deyilən bitkilərdən biri də Türkiyədən gətirilən Lavanta bitkisidir. Hazırda ərazidə 1 hk ərazidə çoxaldılıb.Bununla bərabər Razmarin bitkisi eyni zamanda ağac-jkol bitkiləri əkilib. Bizim bal verən özüldə də 50 çox ağac-kol bitkisi səpilib.
Azərbaycan balını brend məhsul olaraq təqdim etmək eləcə də arıçılıqda inkişafa nail olmaq arıçıların qarşısında duran əsas vəzifələrdən biridir. Bundan başqa Azərbaycan brendi olan Bozdağ Qafqaz arısının təmiz qanlısının üzərində tədqiqat apararaq, bu cinsi qoruyub saxlayaraq gələcək nəsillərə çatdırmaq da arıçı alimlər üçün vacib işlərdəndir.
Faiq Xudayev - Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri: Kənd Təsərrüfat Nazirliyi olaraq, arıçılıq istiqamətində elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində xüsusi planınımız var.Bizim əsas məqsədimiz nazirlik olaraq bu sahədə kard potensialını gücləndirməsi isitiqamətində işimizi daha da gücləndirməkdir. Bu mərkzədəd belə gənclərimiz var.Onlar xarici ölkələrdə o cümlədən Türkiyədə maariflənmə keçib. Onlar elmi tədqiqat işlərini bu arıçılıq mərkəzində davam etdirirlə.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzində “Arıların sağlamlığı və intensiv arıçılıq” mövzusunda keçirilən elmi-praktik seminarda arıçıları maraqlandıran suallar cavablandırılıb. Mərkəzdə 200-ə yaxın arı ailəsinin saxlandığı və Respublikamızıda ilk dəfə olaraq burada Türkiyəli mütəxəssislərin iştirakı ilə süni mayalanma yolu ilə 70 ana arı arlınaraq genofonda daxil olunduğu vurğulanıb. Bu arıların çoxaldılaraq arıçılara verilməsi üçün elmi təcrübələr davam etdirilir.
- Baxış: 1072