• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 05.04.2019 12:23

Saxlanılan direktor müavini öldü

KepezTV Player

Goranboyda yol polisinin saxladığı direktor müavini dünyasını dəyişib. Hadisə ötən gün axşam saatlarında baş verib. 63 yaşlı İlham Yolçiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə ailəsi ilə birgə hərəkətdə olan zaman, uzaq görən işıq vurma qaydalarını düzgün istifadə etmədiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman sürücünün sərxoş olduğu da məlum olub və polis əməkdaşları tərəfindən Goranboy Rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib və sonra buraxılıb. İlham Yolçiyev şöbənin həyətinə çıxan zaman anidən halı pisləşib. Oraya dərhal təcili tibbi yardım briqadası çağırılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan zaman yolda ürək tutmasından ölüb. DİN-in mətbuat xidmətinin Gəncə Regional qrupunun verdiyi məlumata görə, ailəsi polisdən şikayətçi olmadıqlarını, İlham Yolçiyevin ailəsində irsi olaraq ürək xəstəliyi olduğunu deyiblər. Vəfat edən İlham Yolçiyev Goranbay rayonu, Elxan Məmmədov adına Goranlı kənd orta məktəbinin direktor müavini olub.