Fiat konserninin 120 illiyinə Centoventi konsept-karı hazırlanıb. Onun italyancadan tərcüməsi “yüz iyirmi”dir. Bu kiçik elektromoboil cəmi 3,6 metr uzunluqdadır. Görünüş gözəl alınmasa da çox orijinaldır. Onun qeyri-adi dizaynı daxildə, eləcə də texniki xüsusiyyətlərdə özünü göstərir. Elektromobillərin adətən ən bahalı yeri batareyası hesab olunsa da Fiat Concept Centoventidə batareyanın həcmi kiçik olacaq. Gediş ehtiyatı 100 kilometrdir. Əlavə batareya quraşdırmaqla bu göstəricini 500-ə çatdırmaq mümkündür.
- Baxış: 460