Aprel döyüşlərinin 3-cü ildönümü münasibəti ilə məktəblilərlə müharibə veteranlarının görüşü davam edir. 20 nömrəli məktəbdə reallaşan tədbirdə böyük qələbənin qazanılması uğrunda qət edilən yoldan bəhs olunub. Azərbaycanın ordu gücünə hər an işğalda olan torpaqlarını hərb yolu ilə geri qaytara biləcəyinin heç şübhəsiz, mümkün olduğu vurğulanıb. Görüşün keçirilməsində əsas məqsəd şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək, gəncləri Vətənə məhəbbət, düşmənə nifrət ruhunda tərbiyə etmək olub.
Vahid Allahverdizadə məktəb direktoru:“Əfqanıstan müharibə veteranlarını məktəbimizə dəvət etmişik. Onlar məktəbimizdə özlərinin böyük qəhrəmanlıq, döyüş yollarından danışır və beləliklə də, şagirdlərimizdə qəhrəman valideynlərinin yolalrını davam etməsi barədə tərbiyə olunmasına köməklik göstərir”.
- Baxış: 253