• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1804
— 02.04.2019 12:42

Gənc həkimlər də müayinələr aparır

KepezTV Player

Rayon mərkəzindən kənarda aparılan müayinələrə yataq xəstələri və ərazidə fəaliyyət göstərən həkim məntəqəsinə gedə bilməyən şəxslər cəlb edilir. Ixtisaslaşmış həkimlərin apardığı yoxlamaların nəticəsi olaraq səhhətində problem aşkarlanan sakinlər üçün müalicə təyin edilir. Şəmkir şəhər polikilinkası, uşaq polikilinkası və mərkəzi xəstəxanada müalicə prosesinin aparılması üçün lazımı şərait yaradılıb.

Samir Namazov Gənc Həkimlər Birliyinin sədri:Biz 2014-cü ildən fəaliyyətdəyik. Artıq bizim 5 ilimiz tamam olur. Bu beş il ərzində biz kənd və qəsəbələrdə müayinəlrə təşkil etmişik. Kəndlərdə olmağımızın məqsədi ondan ibarətdir ki bizimlə gedən gənc həkimlər əhalinin tibbi müayinəsi və müalicəsini yüksək səviyyədə icra edir.

Bu günədək rayonun 68 minə yaxın sakini müayinədən keçirilib. 4168 nəfər ambulator müalicəyə cəlb edilib. 367 nəfərin müalicəsi isə stasionarda aparılır. 46 nəfərə Bakı və Gəncə şəhərində fəaliyyət göstərən ixtisaslaşdırılmış xəstəxanalara göndərişlər verilib. Səhhəti yoxlanılanlarda 5-i cərrahiyyə əməliyyatı olunub.

Tərlan Hüseynova sakin:Həkimlər əhalinin xidmətində durdu. Təmannasız yoxladılar. Xəstələri müayinə etdilər. Zəyəm qəsəbə sakinləri adından gənc həkimlərə çox sağ olun deyirik ki gəlib təmannasız bizi müayinə və müalicə edirlər.

Şəmkirdə əhalinin icbari tibbi müayinəsi rayon mərkəzi ilə yanaşı 4 qəsəbə və 32 kənd həkim məntəqələsində aparılır.