94 ildir fəaliyyət göstərən Göygöl Milli Parkı Azərbaycan təbiətinin rəngarəngliyindən, zənginliyindən və əzəmətindən xəbər verməkdədir. Flora və faunası ilə göz oxşayan park daim yerli və xarici ziyarətçiləri özünə cəlb edir. Açıq Qapı günündə də havanın qarlı və soyuq olmasına baxmayaraq, Azərbaycan təbiətinin incisi sayılan Göygölü görməyə gələnlərin sayı kifayət qədər idi.
Yay mövsümündə olduğu kimi qışda da əsrarəngiz gözəlliyi ilə insanı valeh edən Göygöl turistlərin Azərbaycanda üz tutuğu məkanlardan hesab olunur. Göygöl Milli Park həmdə Azərbaycanda 1925-ci ildə ilk dəfə qoruq statusu almaqlada adını tarixə yazdırıb.
2008-ci ilin 1 aprelində Milli Park statusu alan məkan 12755 hektar ərazini əhətə edir. Göygöl Milli Parkının 5094 hektarı meşəlik, yerdə qalanı düzənlikdir. Ərazinin 109 hektarı isə göllərin payına düşür. Hazırda parkda 10 istiqamətdə ekotur təşkil edilir. Bu da turistlərin milli parkın bütün füsünkar gözəlliyini görməsinə hərtərəfli imkan verir.
- Baxış: 750