Sosial müavinətin məbləği birinci qrup əlilliyi görə 82 manatdan 150 manata, ikinci qrup əlilliyə görə 61 manatdan 130 manata, üçüncü qrup əlilliyə görə 52 manatdan 110 manata çatdırılıb. Bundan başqa, artım siyahısında yaşa görə pensiyaya çıxanlar, 5-dən çox uşağı olan ailələr də var.
Babək Hüseynov - ƏƏSMN-in şöbə müdirinin müavini: Sağlamlıq imkanları məhdud uşaqların sosial müavinət 82 manatdan 150.. yaşa görə sosial müavinətin məbləği 73 manatdan 130 manata, müddətli hərbi qulluqçuların uşaqlarına verilən 61 manatdan 100 manata , 5 dən çox uşağı olanların hər bir uşağı 33 manatdan 55 manata çatdırılmışdır. Ailə başçısını itirənlərdən deyir.
Aprelin birindən dünyaya göz açan hər bir körpəyə görə birdəfəlik 200 manat pul veriləcək. Yəni sevinc pulu kimi də bilinən müavinətin məbləği 91 manat artırılıb. Dünyasını dəyişən şəxslərin dəfn xərclərinə görə verilən yardım isə 300 manat müəyyən edilib. Həmçinin, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət məbləği 40 manatdan 60 manata qədər artırılıb. Prezident təqaüdü alanlara gəldikdə isə...
Böyük vətən müharibəsi əlilləri 121 manat prezident təqaüdü alırdılarsa bu məbləğ 150 manata çatdırılıb. Daha iki yeni növ təqaüd yaradılıb ki, bunlar bütün birinci qrup əlilliyi olanlara və sağlamlıq imkanı məhdud 18 yaşadək şəxslərə qulluq edənlərə veriləcək 50 manatlıq prezident təqaüdüdür. Bütün müharibə veteranlarına isə 80 manat təqaüd veriləcək.
- Baxış: 201